AZ/Prabhupada 0003 - Kişi də Qadındır



Lecture on SB 6.1.64-65 -- Vrndavana, September 1, 1975

tām eva toṣayām āsa
pitṛyeṇārthena yāvatā
grāmyair manoramaiḥ kāmaiḥ
prasīdeta yathā tathā
(SB 6.1.64)

Qadını görəndən bəri, iyirmi dörd saat dayanmadan şəhvət arzusuyla meditasiya edirdi. Kāmais tais tair hṛta-jñānāḥ (BG 7.20). Şəhvətli olduğunda insan bütün ağlını itirir. Bütün dünya bu şəhvət duyğularının üstündə davam edər. Bu maddi dünyadır və hər birimiz-mən şəhvətli, sən şəhvətli olduğumuz üçün mənim arzularım yerinə gəlməzsə sənin də arzuların yerinə gəlməz, o vaxt da mən sizin düşməniniz, siz də mənim düşmənim olursunuz. Mən sizin yaxşı yöndə irəlilədiyinizi görə bilmərəm. Siz də mənim irəlilədiyimi görə bilmərsiniz. Bu maddi dünyadır. Qısqanclıq, şəhvətli arzular, kāma, krodha, lobha, moha, mātsarya. Maddi dünyanın təməli budur. Beləcə o...O brahmana olmaq üçün tərbiyə olsun diyə , təhsil alirdi, śamo, dama, lakin bir qadına bağlandığına görə irəliləməsi dayandı. Bu səbəblə Veda mədəniyyətinə görə, qadın ruhi irəliləməyə əngəl olaraq qəbul edilir. Bütün təməl mədəniyyət necə uzaq durmaq... Qadın. Sadəcə qadının- qadın olduğunu düşünməyin. Eyni vaxtda kişi də qadındır. Fikirləşməyin ki, qadın lənetlidir, kişi yox. Qadın həzz alınan və kişi də həzz alandır. Yəni, bu his qınanılır. Əgər bir qadını zevq üçün fikirləşərsəm, o vaxt mən kişiyəm. Amma əgər bir qadın da başqa bir kişini zevq üçün fikirləşirsə, o da kişidir. Qadın zevq alınan və kişi də zevq alandır. Bu səbəblə kim zevq alma hissinə sahibsə, o kişi olaraq fikirləşilir. Burda hər iki cinsiyyət də vasitədir. Hamı planlayır ki, "necə edim ki, həzz alım." Bu süni puruşadır. Yoxsa əslində hamımız- istəyir qadın istəyir kişi olsun, prakṛtiyiz, jīvayız. Bu görünənlər paltarlardır.