AZ/Prabhupada 0015 - Mən Bu Bədən Deyiləm



Lecture on BG 9.34 -- New York, December 26, 1966

Ruhun varlığının altı işarəti vardır. Ən vacib olanlardan biri böyüməyimizdir. Böyümə. Ruh bu bədəndən çıxandan sonra böyümə olmaz. Əgər uşaq ölərsə, ah, artıq böyümə olmayacaqdır. Ah, valideynlər deyəcəklər ki, işə yaramır. Atın getsin. Bunun kimi Tanrı Kṛiṣṇa, Arjunaya bu birinci misalı verdi, "Bədənin içində olan bu ruh parçasının, onun varlığına görə, bədən uşaqlıqdan yeniyetmə dövrünə, burdan yetişkinliyə, yetişkinlikdən yaşlılığa keçir. Buna görə bu bədən işə yaramayanda, məlum yada naməlum şəkildə ruh bu bədəndən imtina edir." Vāsāṁsi jīrṇāni yathā vihāya (BG 2.22). Köhnə paltarı atıb yeni paltar almağımız kimi, bizdə bir bədəndən başqa bir bədənə keçirik. Amma öz istədiytimiz kimi bir bədən ala bilmirik. Bu təbiətin qanunlarına bağlıdır. Ölüm anında danışa bilməsəniz də fikirləşə bilərsiniz. Fərdilik və seçim var. Yaṁ yaṁ vāpi smaran loke tyajaty ante kalevaram (BG 8.6). Bir sonraki doğumunuzda alacağınız bədən şəkli ölüm vaxtındaki fikirlərinizə görə təyin olunur. Ona görə ağıllı insan bu bədən olmadığını anlamalıdır. Birincisi mən bu bədən deyiləm, sonra isə sonraki vəzifəsinin nə olduğunu anlayacaq. Ooh, ruh can olaraq vəzifəsi nədir? Onun vəzifəsi Bhagavad-gītānın Doqquzuncu Bölməsinin son qitəsində göstərilir, bu vəzifə man-manā bhavadır. Hamınız konkret bir şey fikirləşirsiniz, bir dəqiqə də olsa fikirləşmədən durmaq olmur. Bu mümkün deyil. Yəni vəzifə budur. Krişnanı fikirləşin. Bir şey fikirləşməyə məcbursunuzsa o vaxt Krişnanı fikirləşməyin nə zərəri var? Krişnanın coxlu fəaliyyəti vardır, cox kitabələri və bir cox şeyi. Krişna buraya gəlir. Cilt -cilt kitablrımız var. Əgər Krişnanı fikirləşmək istəyirsinizsə, sizə iyirmi dörd saat oxusanızda ömrünüzdə qurtara bilməyəcəyiniz cox yazılar verə bilərik. Krişnanı fikirləşin bu yetərlidir. Man-manā bhava. Səni fikirləşə bilərəm. Eyni müdürünə xidmət edən bir şəxs kimi. O davamlı müdürünü fikirləşir. Oo, saat doqquzda orda olmalıyam yoxsa müdürün heç xoşuna gəlməz. Bu məqsəd üçün fikirləşir. Belə fikir heç bir işə yaramaz. Buna görə O deyir ki, bhava mad-bhaktaḥ. "Məni sevgi ilə fikirləş." Demək istəyirəm ki, xidmətçi sahibini fikirləşsə, orda sevgi yoxdur, çin çin pulları fikirləşir. "Çünki, egər saat doqquzda işdə olmasam iki dollarımı kəsərlər." Buna görə sahibini deyil pulu fikirləşir. Belə fikirlər sizi qurtarmayacaq. Buna görə də O deyir ki, bhava mad-bhaktaḥ. "Yalnız Mənim sadiqim olun. O vaxt Mənim haqqımdaki fikirləriniz gözəl olacaq." Nədir bu bhakti? Mad-bhaktaḥ. Sadiqliq...Sadiq olmaq- xidmət etmək deməkdir. Mad-yājī. Tanrıya bir az xidmət edin. Burda bizim davamlı məşğul olduğumuz kimi. Nə vaxt gəlsəniz bizim burda bir işlə məşğul olduğumuzu görürsünüz. Krişnanı fikirləşə bilmək üçün bə`zi vəzifələr çıxardıq.