AZ/Prabhupada 0019 - Hər Nə Eşidsəniz, Başqalarına da Deməlisiniz



Jagannatha Deities Installation Srimad-Bhagavatam 1.2.13-14 -- San Francisco, March 23, 1967

Fərz edin ki, məni tanımaq ya da mənim haqqımda bir şey bilmək istəyirsiniz, bir dostumdan soruşa bilərsiniz ki, "Ooh, Swamiji necə adamdır?" O bir şey deyər, o biri də başqa bir şey deyə bilər. Lakin, mən özümü sizə anlatdığımda, "Mənim mövqeyim budur. Mən beləyəm," bu mükəmməldir. Bu mükəmməldir. Buna görə Tanrının Ali Şəhxsini tanımaq istəyirsinizsə, fərziyyə danışmayın və nədə meditasiya etməyin. Mümkün deyildir, çünki sizin duyğularınız mükəmməl deyildir. Bəs o vaxt bunun yolu nədir? Sadəcə Ondan eşidin. O nəzakətlə Bhagavad-gītā'yı danışmaq üçün gəldi. Śrotavyaḥ: "Sadəcə eşidin." Śrotavyaḥ və kīrtitavyaś ca. Əgər sadəcə eşidsəniz və Kṛiṣṇa şüuru sinifində eşidərsəniz, və çölə çıxanda unudsanız, ah, bu yaxşı deyildir. Bu sizi irəlilətməz. Sonra nə var? Kīrtitavyaś ca: "Hər nə eşitsəniz, başqalarına da deməlisiniz." Mükemmellik budur. Bu səbəblə Back to Godhead (jurnalını) çıxardıq. Şagirdlərə imkan verilir ki, hə eşidsələr düşünsünlər və yazsınlar. Kīrtitavyaś ca. Sadəcə eşidmək deyil. "Oo, milyon ildir eşidirəm; yenə də başa düşmürəm" - çünki mantra oxumursunuz, eşitdiyinizi təkrarlamırsınız. Təkrar etmək məcburiyyətindəsiniz. Kīrtitavyaś ca. śrotavyaḥ kīrtitavyaś ca dhyeyaḥ. Onun haqqında düşünməsəniz necə yazıb veya danışabilərsiniz ki? Kṛiṣṇa haqqında eşidirsiniz, fikirləşib, ondan sonra danışabilərsiniz. Yoxsa olmaz. Yə'ni śrotavyaḥ kīrtitavyaś ca dhyeyaḥ and pūjyaś ca, və ibadət etməlisiniz. Buna görə ibadət üçün bizim bu Murtiyə ehtiyacımız var. Fikirləşməliyik, danışmalıyıq, eşidməliyik, ibadət etməliyik, pūjyaś ca... Sonra da, bəzən mi? Xeyir. Nityadā: dəvamlı olaraq, dəvamlı Nityadā, yolu budur. Bu usulu mənimsəyənlər, Mütləq Həqiqəti anlaya bilərlər. Bu Śrīmad-Bhāgavatamın açıq bəyanatıdır.