AZ/Prabhupada 0024 - Krişna Çox Nəzakətlidir



Lecture on SB 3.25.26 -- Bombay, November 26, 1974

"Bu adam məni lağa qoymur." Demiş ki, " Bhaqavad-Gita oxuyuram. Bhaqavad-Gita oxumağa çalışıram amma oxuma-yazma bilmirəm." Mənim Guru Mahārāj'ım dedi ki, "Gündə 18 bölmə oxumalısan". Heç təhsilim yoxdu. Oxuya bilmirəm. Yenə də Quru Maharaj dediyi üçün onun əmrini yerinə yetirirəm və sadəcə səyifələri çevirirəm. Bilmirəm necə oxuyum." Çaitanya Mahāprabhu demiş ki, "Görürəm ki, bə'zən ağlayırsan". "Bəli ağlayıram." Bəs oxuya bilmirsənsə niyə ağlayırsan?" Çünkü, Bhagavad-Gitada bir şəkil görürəm, Krişna o qədər mərhəmətlidi ki, Arcunanın at arabasının sürücüsü, sārathi olmuş. O, Onun sadiqidir. Yə'ni Krişna o qədər mərhəmətlidir ki, xidmətçi olmağı qəbul edir, çünki, Arcuna ona "At-arabamı tut" deyə əmr verir və Krişna da ona xidmət edir. Demək ki, Krişna cox mərhəmətlidir. Ona görə də bu şəkil hər yadıma düşəndə ağlayıram". Çaitanya Mahāprabhu o dəqiqə onu bağrına basmış və "Sən Bhagavad-gītānı oxuyursan, həmdə təhsilin olmadan". Onu qucaqlamış. Bu rəsmi necə görürdü? Çünki o Krişnaya aşıqdı və ślokaları oxuyub oxumaması vacib deyildi. Krişnanı o qədər sevirdi ki, gördükləri ona bəs edirdi: Krişna oturmuş Arcunanın at arabasını sürür. Gərəkli olan budur.