AZ/Prabhupada 0027 - Sonraki Həyata İnanmırlar



Lecture on CC Adi-lila 7.1 -- Atlanta, March 1, 1975

Demek ki,(oxuyur) "Maddi var olmanın şərtli mərhələsində olan insan çarəsizlik içindədir. Amma şərtlənmiş ruh maya ya da xarici enerjinin əks olunmasının təsirində, ölkəsi, cəmiyyəti, dostları və sevdikləri tərəfindən qorunduğunu fikirləşir. Bilmir ki ölüm vaxtı bunların heç biri onu qorumayacaq.” Buna maya deyilir. Amma o inanmaz. Māyānın əks olunmasının tə`siriylə qurtarılmanın nə mə’naya gəldiyinə də inanmaz. Qurtarılmaq. Qurtarılmaq demək, birini bu təkrar edən doğum və ölüm periodundan qurtarmaq deməkdir. Doğurdan da qurtarılmaq budur. Amma bunu bilmirlər. (oxuyor) "Materyal təbiətin qanunları o qədər güclüdür ki, sahib olduğumuz heç bir şey bizi ölümün əlindən qurtara bilməz. “ Bunu hamı bilir və əsas problemimiz də budur. Ölümdən kim qorxmur ki? Hamı ölümdən qorxar. Niyə? Çünki, yaşayan heç bir şey ölmək üçün yaradılmamışdır. O əbədidir; buna görə də doğum, ölüm, yaşlılıq və xəstəlik kimi şeylər onu narahat edir. Əbədi olduğumuz üçün na jāyate və doğulmayanın ölümü də olmaz, na mriyate kadācit. Bizim əsil mövqeyimiz budur. Bu görə ölümden qorxarıq. Bu bizim təbii tərəfimizdir. Bizi ölümdən qurtarmaq...İnsanın birinci işi budur. Krişna şüuru hərakatını sadəcə bu məqsədlə öyrədirik. Hamının məqsədi bu olmalıdır. Şastrik tə’limat budur. Qoruyucular... Hökümət, ata, müəllim, onlar uşaqların qoruyucularıdır. Onlar dünyanı necə qoruyacaqlarını bilməlidirlər. Na mocayed yaḥ samupeta mṛtyum. Bəs bu fəlsəfə dünyada niyə yoxdu? Bu fəlsəfəni ortaya gətirən sadəcə Krişna şüuru hərakatıdır. Dəyişən bir şəkildə deyil, śāstra- Veda əsərləri və etibarlı şəxslər tərəfindən təsdiq olunmuş bir şəkildə. Bizim istediyimiz də budur. Dünyanın müxtəlif yerlərində insanların xeyri üçün mərkəzlər açırıq, həyatın məqsədini, ölümdən sonra yeni bir həyat olduğunu bilmirlər. Bunları bilmirlər. Şübhə yox ki, növbədə yeni bir həyat var və siz bu həyatda ikən bir sonraki həyatınızı hazırlaya bilərsiniz. Daha lüks, maddi lüks üçün daha üst planet sisteminə gedə bilərsizınız. Burda daha e'tibarlı bir yerdə də qala bilərsiniz. " E'tibarlı”, bu maddi dünya demikdir. Eyni deyildiyi kimi,

yānti deva-vratā devān
pitṟn yānti pitṛ-vratāḥ
bhūtāni yānti bhūtejyā
mad-yājino 'pi yānti mām
(BG 9.25)

Özünüzü cənnət kimi planetlərdə daha yaxşı həyata, ya da bu dünyada daha yaxşı bir cəmiyyətə hazırlaya bilərsiniz ya da ruhların və başqa alçaqların idarə etdiyi başqa planetlərə gedə bilərsiniz. Ya da Krişnanın olduğu planetlərə gedə bilərsiniz. Hər şey sizin əlinizdədir. Yānti bhūtejyā bhūtāni mad-yājino 'pi yānti mām. Sadəcə özünüzü hazırlamalısınız. Eyni gənc vaxtımızda təhsil aldığımız kimi, biri mühəndis olur, biri tiplə məşğul olur, biri də vəkil olacaqdır və bir cox profissional adam- onlar təhsillə hazırlaşırlar, bunun kimi siz də növbəti həyatınıza hazırlaşa bilərsiniz. Bunu başa düşmək çətin deyil. Amma şağlamfikirli o qədər insan olmasına baxmayaraq sonraki həyata inanmırlar. Doğurdan da sonraki həyat var. Çünki Krişna belə deyir və bir az ağlımız olsa, bir sonraki həyat fəlsəfəsini başa düşərik. Ona görə biz belə bir təklif edirik: “Əgər özünü bir sonraki həyata hazırlayacaqsansa niyə bəs təkrar geriyə-evinə, Tanrıya geri getmək üçün çalışmayasan? Bizim təklifimiz budur.