AZ/Prabhupada 0038 - Bilik Vedalardan Gəlir



Lecture on BG 7.1 -- Hong Kong, January 25, 1975

Indı, Kṛiṣṇa ordadır. Krişnaya aid olan bir cox şeyə- Kṛiṣṇanın şəklinə, Krişnanın mə'bədinə sahibik. Onlar fantastik deyillər, Māyāvādī filosofunun fikirləşdiyi kimi; "Beynində xəyal edə bilərsən". Xeyir. Tanrı xəyal edilməz. Bu da başqa cür axmaqlıqdır. Tanrını necə xəyal etmək olar? O vaxt Tanrı sənin xəyal gücünün bir hissəsi halına gəlir. O varlıq deyil. Bu Tanrı deyil. Tanrı xəyal məhsulu deyildir. Tanrı qarşınızda- Krişna. O bu planetə gəlir. Tadātmānaṁ sṛjāmy aham, sambhavāmi yuge yuge. Ona görə Tanrını görmüş olanlardan, onlardan mə'lumat alarsın.

tad viddhi praṇipātena
paripraśnena sevayā
upadekṣyanti te jñānaṁ
jñāninas tattva-darśinaḥ
(BG 4.34)

Tattva-darśinaḥ. Sən görmədinsə, başqalarına necə mə'lumat verə bilərsən? Yə'ni Tanrı görülür, yalnız bu tarixdə deyil. Tarixdə Krişna bu planetdə olmuş, Kurukşetra döyüşünün tarixi Bhagavad-Gitanın danışıldığı yer tarixi bir gerçəkdir. Yəni Bhagavān Śrī Kṛiṣṇanı həm tarix həm də śāstra vasitəsiylə görə bilərik. Śāstra-cakṣusā. Eyni indi olduğu kimi, fiziki olaraq Krişna burda deyil, amma sastra yoluyla Krişnanın nə olduğunu anlayırıq. Yəni "śāstra-cakṣusā". Śāstra... Ya birbaşa ağlımız yolu ilə ya da śāstra yolu ilə. Sastra yolu ilə anlamaq birbaşa anlamaqdan daha yaxşıdır. Bu səbəblə bizim biliyimiz- Veda prinsiplərini izləyənlərin biliyi- Vedalardan gəlir. Onlar heç bir şey uydurmazlar. Əgər bir şey Vedalar sübut olaraq göstərilərək danışılırsa, o doğrudur. Yəni Krişna Vedalar vasitəsiylә anlaşılır.

Vedaiś ca sarvair aham eva vedyaḥ (BG 15.15). Bu Bhagavad-Gītāda göstərilmişdir. Kṛiṣṇanı təsәvvür edə bilmərsiniz. Əgər bir saxtakar "Mən təsәvvür edə bilərəm" deyirsə, bu saxtakarlıqdır. Kṛiṣṇanı Vedalar vasitəsi ilə görməlisiniz. Vedaiś ca sarvair aham eva vedyaḥ (BG 15.15). Vedaları öyrәnmәnin məqsədi budur. Bu səbəblə, ona Vedānta deyilir. Kṛiṣṇa haqqındaki bilgi Vedāntadır.