AZ/Prabhupada 0042 - Bu İnisiasyonda Çox Ciddi Olun



Initiation Lecture Excerpt -- Melbourne, April 23, 1976

Caitanya-caritāmṛtada, Śrīla Rūpa Gosvāmīyi tə`limatlandırırkən Çaytanya Mahaprabhu dedi:

ei rūpe brahmāṇḍa bhramite kona bhāgyavān jīva
guru-kṛṣṇa-kṛpāya pāya bhakti-latā-bīja
(CC Madhya 19.151)

Canlı varlıqlar, bə`zən aşağı səviyyədə, bəzən də yüksək səviyyədə həyat alaraq, bir həyat formasından başqasına və bir planetdən başqa bir planetə keçərək gəzirlər. Bu belə keçib gedir. Buna "saṁsāra-cakra-vartmani" deyilir. Dünən gecə açıqlayırdıq, " mṛtyu-saṁsāra-vartmani". Tam bu kəlimə deyilir, "mṛtyu-saṁsāra-vartmani". Həyatın yollarıcox çətin: yenidən ölmək üçün. Hamı ölümdən qorxur, çünki, öldükdən sonra nə olacağını kimsə bilmir. Axmaqlar, heyvan kimidirlər. Eyni, bir heyvanı kəsərkən o biri heyvan “Mən güvəndəyəm” diyə fikirləşir. Yəni bir az ağlı olan hər insan qətiyyən ölüb və sonra başqa bədənə keçməyi istəməz. Bir də necə bir bədənə keçəcəyimizi də bilmirik. Bu inisiyasiya qurunun və Krişnanın lütfiylə olur, ona görə ona cox asand bir şey kimi baxmayın. Bu möhtəşəm bir fürsətdir. Bīja toxum, bhakti toxumu mə`nasındadır. Bu səbəbdən Tanrının qarşısında, mə'nəvi müəlliminizin, odun, Vaişnavların qarşısında nə söz versəniz qətiyyən o sözdən dönməyin. O vaxt ruhi həyatınızda möhkəm qalacaqsınız : caiz olmayan cinsəl həyat yox, et yemək yox, qumar yox, narkotik yox- bu dördü olmamalıdır və Hare Krişna mantrasını oxumaq. Dörd olmaz və bir olur. Bu sizin həyatınızı müvəffəqiyyətli edəcək. Cox asand, çətin deyil. Amma maya cox güclüdür, bə`zən bizi yoldan çıxardır. Elə isə nə vaxt māyānın bizi çaşdırmaq niyəti olursa yalnız Krişnaya dua edin. “Xahiş edirəm məni qurtar. Mən təslim oldum, tamamiylə təslim oldum və xahiş edirəm məni qoru.” O vaxt Krişna sizi qoruyacaq. Amma bu fürsəti eldən verməyin. Mənim xahişim budur. Mənim bütün yaxşı arzularım və dualarım sizin ustünüzdə olacaq. Elə isə bhakti fürsətindən istifadə edək. bhakti-latā-bīja. Mālī hañā sei bīja kare āropaṇa. Yaxşı bir toxum aldığınız vaxt onu torpağa əkmək məcburiyyətindəsiniz. Misal üçün: Əla növ gül toxumu alırsanız, onu yerə əkdiyinizdə və yalnız bir az su verdiyinizdə olduğu kimi böyüyəcək. Elə isə bu toxum da sulanaraq böyütülə bilir. Necə bir sulama? "Śravaṇa kīrtana jale karaye secana" (CC Madhya 19.152). Toxumu sulamaq, bhakti-latā, śravaṇa-kīrtanadır, yə`ni eşitmək və mantra oxumaqdır. Belə isə sannyāsīlərdən və Vaiṣṇavlardan bunun haqqında daha da çox eşidəcəksiniz. Amma bu fürsəti qaçırmayın. Mənim xahişim budur. Çox təşəkkürlər. Sadiqlər: Jaya Srila Praphupada!