AZ/Prabhupada 0044 - Xidmət, Sahibinin Buyurduğuna Əməl Etmək Deməkdir
Lecture on BG 4.1 -- Montreal, August 24, 1968
Belə isə, bu o demekdir ki, Krişnanın istiqamətləndirdiyi kimi irəliləyir. Bu qədər. O fikirləşmir “Mən Krişnanın düşməni olacağım”. Əsas məsələ, ona göstərilən yolla getməsidir. Əgər  Krişna  “ Sən mənim düşmənim ol”  desə,  o halda mən onun düşməni ola bilərəm.  Bhakti-yoga budur. Bəli, Mən Krişnanı məmnun etmək istəyirəm. Eyni, sahibinin xidmətçisinə  “Məni bu dəqiqə burda vur yıx. “ deyə istəməsi kimi. Bunu edirsə, bu da xidmətdir. Başqası deyə bilər ki, “Aaa, onu vurub yıxdı və  bunu  “Xidmət edirəm “deyə fikirləşir. Bu nə deməkdir ? Onu vurub yıxmış kimi görünə bilər amma sahibinin istədiyi “ Bəni yıx” idi. Bu da xidmətdir. “Xidmət “ sahibinin əmrini yerinə yetirmək  deməkdir. Fərqi yoxdur, nə olursa olsun. Tanrı Çaitanyanın həyatında buna aid cox gözəl bir misal var. Onun öz şəxsi xidmətçisi Govinda vardı. Tanrı Çaitanya prasadam yeyəndən sonra Govinda yeyərdi. Bir gün Tanrı Çaitanya yemək yeyəndən sonra çöldə uzandı. Nə deyilir? Çöl? Qapının ağzında. Govinda da Onun üstündən tullandı. O dincəldiyində , Govinda onun ayaqlarını masaj edərdi. Yə`ni, Tanrı Çaitanyanın üstündən tullanıb Onun ayaqlarını  masaj etdi. O vaxt Tanrı Çaitanya yatırdı və oyanandığında  görür ki, Govinda hələ onun yanındadır. “Govinda sən hələ yemək yeməmisən ? “deyə soruşur. “ Xeyir,” “Niyə?”  “Sizin üstünüzdən keçə bilmərəm. Siz burda yatmışdınız”  Bəs  sən əvvəldən necə keçdin? “Keçdim “ Əvvəlcə necə keçdinsə indi də elə keçsəydin” deyir, “Əvvəldən sizə xidmət etmək üçün keçmişdim amma indi prasadam yemək üçün Sizin üstünüzdən keçə bilmərəm. Bu mənim vəzifəm deyil. Bu mənim özüm üçündür. Bu isə sizin üçündür.” Belə isə Krişnanı məmnun etmək üçün onun düşməni ola bilərsiz. Bhakti-yoga budur. Çünki, sizin məqsədiniz Krişnanı məmnun etmənizdir. Öz duyğularınızı məmnun etmək nöqtəsinə gələr gəlməz o dəqiqə maddi dünyaya gəlirsiniz. 
kṛṣṇa-bahirmukha hañā bhoga vāñchā kare nikaṭa-stha māyā tāre jāpaṭiyā dhare (Prema-vivarta)
Krişnanı yaddan çıxardıb öz duyğularınızı məmnun etmək üçün bir şeylər etsəniz, bu mayadır və bu duyğu məmnuniyyəti prosesindən əl çəkib, hər şeyi Krişna üçün etdiyinizdə, xilas olursunuz.




