AZ/Prabhupada 0046 - Sən Heyvan Olma - Mübarizə Et



Morning Walk -- May 28, 1974, Rome


Yogeśvara: Bhagavān getməmişdən əvvəl suallarını yazıb verdi. Bunlardan bə’zilərini soruşa bilərəm? Prabhupāda: Bəli Yogeśvara: Get-gedə daha tez–tez ortaya cıxan bir problem də terroristlərdir. Başqa sözlə desək, bəzi siyasi , cox vaxt siyasi səbəblərlə hərəkət edən adamlar... Prabhupāda: Bəli, bütün əsas prinsipləri əvvəlcədən də aydınladmışdım. Çünki, onlar heyvandır, vəhşi bir heyvan. Heyvan, müxtəlif cür heyvan var. Pələnglər və şirlər yırtıcı heyvandırlar. Amma onlar heyvandırlar. Bir heyvan başqa bir heyvana görə daha yırtıcıdır, burda qəribə bir şey yoxdu. Necə olsa heyvanların içindəsən. Amma sən ideal ol, insan ol, tək əlacı budur. Əvvəldən də danışdıq bu heyvanları. Əgər bir yırtıcı heyvan görsək , burda qəribə nə var ki, ? İstəyir pələng olsun, istəyirsə fil olsun, hamısı heyvandır. Amma sən heyvan olma. Vacib olan budur. İnsan şüurlu bir heyvandır. Sən lazım olduğu kimi olmalısan. Səndə başqa cür bir heyvan olaraq qalsan, bunun sənə xeyri olmaz. Əsl insan olmaq məcburiyyətindəsən. Lakın, "durlabhaṁ mānuṣaṁ janma tad apy adhruvam arthadam "(SB 7.6.1). İnsanların yaşamaq üçün heç bir məqsədləri yoxdur. İnsanın məqsədi nədir bilmirlər. Beləliklə də, onların içlərindən gələn hisləri bir o tərəfə bir bu tərəfə dəyişir. Məsələ, onlar lüt oynayan birinə baxmağa gedirlər. Heyvani duyğular., necə olsa hər gün öz qadınlarını lüt görürlər amma yene də lüt rəqs edən birini görməyə gedirlər və üstəlik pul da verirlər. Heyvanlıqdan başqa bir məşğuliyyətləri yoxdur. Elə deyil? Elə deyilsə, başqa lüt bir qadını görməyə getməyin nə xeyri var? Hər gün , hər gecə öz qadınını lüt görürsən. Sən niyə....Çünki, başqa məşğuliyyətləri yoxdur. Heyvanlar. Punaḥ punaś carvita-carvaṇānām (SB 7.5.30). Bir it ləzzətin nə olduğunu bilmir. O yalnız sümüyü gah belə gah elə ciynəyər. Çünki o bir heyvandır, başqa bir məşğuliyyəti yoxdur. Beləliklə bütün cəmiyyət heyvan. Ən cox da qərb tərəfdəkilər və bu heyvan duyğularına görə bir mədəniyyət qurmuşlar , deyirlər ki, “ Mən bu bədənim və bu həyatı öz duyğularımın məmnuniyyəti üçün istifadə etməliyəm ”. Bu heyvandır. “Mən bu bədənəm. “ Bədən –duyğular deməkdir. Duyğuları da məmnun etmək də ən yüksək mükəmməllikdir.” Onların mədəniyyəti budur. Xülasə, əsl insan mədəniyyətini tanıdmaq məcburiyyətindəsiniz. Bir heyvan qabağınıza fərqli bir şəkildə, fərqli vəziyyətdə çıxsa çaşmamalısınız. Sonunda o heyvandır. Əsas prinsipləri də heyvanlıqdır. Çünki, o “Mən bu bədənəm” deyə fikirləşir. Bir itin “Mən cox sağlam və güclü bir itəm” deyə fikirləşdiyi kimi , bir adam da “ Mən böyük bir varlığam” deyə fikirləşir. Amma əsl məsələ nə? It də öz bədəninə görə danışır, o böyük varlıq da . Elə isə o itlə o böyük varlıq arasında fərq yoxdur. Tək fərq odur ki, insan təbiətin hədiyyəsi olan daha yaxşı duyğulara sahib olmasıdır. Amma duyğularından daha yaxşı istifadə etmək üçün və ruhi olaraq necə inkişaf edib, bu maddi dünyadan çıxacağına aid heç bir gücü və də heç bir mə’lumatı yoxdur. Heç başa düşmək istəmir. Ağılından yalnız heyvanlıq etmək üçün istifadə edir. Bildiyi budur. Bu ağlından necə istifadə etmək lazımdır, xəbəri yoxdur. Dünyada nə vaxt qərbdə yaşayan insanları görsələr deyirlər ki, “Onlar bizdən cox qabaqdadırlar”, Nədə qabaqdadırlar? Heyvanlıqda. Əsas prinsip heyvanlıq olaraq qalır. Bunlar da çaşıb onları təqlid edirlər. Beləliklə də heyvanlığı, heyvan mədəniyyətini genişlədirlər. Ona görə də bu gün biz insan sivilizasiyasının xeyri üçün bunlarla mübarizə etməliyik.