AZ/Prabhupada 0072 - Xidmətçinin İşi Təslim Olmaqdır

From Vanipedia
Jump to: navigation, search
Go-previous.png Previous Page - Video 0071
Next Page - Video 0073 Go-next.png

Xidmətçinin İşi Təslim Olmaqdır
- Prabhupāda 0072


Lecture on CC Madhya-lila 20.108-109 -- New York, July 15, 1976

Heç kim Ağa-sahib deyil. Bu mümkün deyil- ekale īśvara kṛṣṇa āra saba bhṛtya (CC Adi 5.142), bu öyrədilənlərdə görəcəksiniz ki, sahib yalnız Krişnadır. Ondan başqa hamı xidmətçidir. Bizim əsl, əsas yerimiz budur. Amma biz sü`ni şəkildə ağa olmağa çalışırıq. Bu yaradılış mübarizəsidir. Biz olmadığımız şey olmağa çalışırıq. Bu sözü bilirik, "yaradılış mübarizəsi", "güсlü olan həyatda qalır". Yə'ni mücadilə budur. Biz ağa deyilik amma hələ də ağa olmağa çalışırıq. Māyāvāda fəlsəfəsində, cox böyük əziyyət çəkirlər, amma nə məqsədlə? Məqsəd budur; "Mən Tanrıyla bərabər səviyyədə olacağım". Eyni səhvlər. O Tanrı deyil, amma Tanrı olmağa çalışır. O qədər ciddi fədakarlıq etməsinə baxmayaraq- vairāgya- hərşeydən uzaqlaşmaq... Bə`zi vaxt maddi zevqlərə aid hərşeydən əl çəkib, meşəyə gedirlər, ciddi əziyyətlər çəkirlər. Hansı agılla? "Artıq Tanrıyla bərabər olacağım." Eyni səhv. Yə'ni māyā o qədər güçlüdür ki, guya ki, "mə'nəvi olaraq inkişaf etmiş biri" üçün də bu səhvlər davam edər. Xeyir. Buna görə də Caitanya Mahāprabhu tə'limatlarında həmən əsas nöqtəyə toxunur. Bu Caitanya Mahāprabhunun fəlsəfəsidir. Krişna axırıncı sözü dediyi yerdə, sarva-dharmān parityajya mām ekaṁ śaraṇaṁ vraja... (BG 18.66). Bu vəziyyətdən danışır; O Krişnadır. Tanrı Ali Şəxsin Özüdür. İstəyir, tələb edir," Ay axmaq, hərşeydən əl çək. Yalnız mənə təslim ol. O vaxt xöşbəxt olacaqsan." Bu Bhagavad-Gitanın axırıncı tə'limatıdır. Caitanya Mahāprabhu Kṛiṣṇayla eyni, amma Onun sadiqi kimi davranır, bu səbəblə eyni şeyləri deyir. Krişna "təslim ol" dedi və Caitanya Mahāprabhu da "Yaşayan bütün canlı varlıqlar Krişnanın xidmətçisidir" dedi. Bu o deməkdir ki, təslim olmalıyıq. Xidmətçinin vəzifəsi təslim olmaqdır, sahiblə mübahisə etmək ya da "mən səninlə bərabərəm" demək deyil. Bunların hamısı fanatiq, axmaq təkliflərdir.

piśācī pāile yena mati-cchanna haya
māyā-grasta jīvera se dāsa upajaya
(Prema-vivarta)

Bir xidmətçi ağaya ola bilməz. Bu mümkün deyil. Amma "Mən xidmətçi deyiləm, mən ağayam" deyərək, həyatda bu səhv fikirlə inad etdiyimiz müddətcə əzab çəkməyə davam edəcəyik. Māyā ona əzab verəcək- daivī hy eṣā. Eyni, qanundan qaçanlar, banditlər və oğrular kimi, dövlətin qanunlarını qəbul etmirlər. "Dövlət mənə lazım deyil" Amma əzab çəkməyə könüldən razıdır. Dövlətin qanunlarına diqqət etməlidir. Əgər qanundan qaçan biri normalda qəbul etməzsə, o vaxt həbs edilir və zorla, döyülərək və cəza verilərək qəbul etməyə məcbur olur. "Yaxşı, yaxşı, qəbul edirəm". Bax bu māyādır. Daivī hy eṣā guṇamayi mama māyā duratyayā (BG 7.14). Biz māyānın idarəsi altındayıq. Prakṛteḥ kriyamāṇāni guṇaiḥ karmāṇi sarvaśaḥ (BG 3.27). Niyə? Çünki, özümüzü ağa e'lan edirik. Xidmətçi özünü ağa e'lan edir və buna görə də əzab çəkir. "Mən sahib deyiləm, mən xidmətçiyəm" diyə qəbul edən kimi, əzab qurtarar. Çox sadə bir fəlsəfə. Bu muktidir. Muktinin mə'nası- yalnız doğru platformaya çatmaqdır. Mukti budur. Muktinin mə'nası Śrīmad-Bhāgavatamda- muktir hitvā anyathā rūpaṁ svarūpeṇa vyavasthitiḥ (SB 2.10.6)- deyə tə'yin edilmişdir. Mukti, bütün bu axmaqlıqdan əl çəkmək deməkdir, anyathā. O xidmətçidir amma ağa olduğunu fikirləşir. Bu anyathadır, yə'ni tam tərsi. Yə`ni ağa olduğuna aid həyatın bu zidd fikrindən əl çəkdiyi zaman, o vaxt mukti olur; birdənbirə azad olur. Mukti, cox böyük əziyyətlərə mə'ruz qalacaq qədər vaxt almaz və meşəyə cıxıb getmənizə, Himalay dağlarına getmənizə, burnunuza basaraq meditasiya etməyinizə- belə şeylərə ehtiyac yoxdur. Bu qədər cox şey lazım olmaz. Yalnız bu sadə şeyi başa düşün, "Mən Krişnanın xidmətçisiyəm"- və siz mukta olacaqsınız. Śrīmad-Bhāgavatamda mukta haqqında belə deyilir; Muktir hitvā anyathā rūpaṁ svarūpeṇa avasthitiḥ. Eyni, həbsdə olan adam kimi, əgər itaət edib "Bundan sonra qanunlara görə hərəkət edəcəm, bundan sonra dövlətin qanunlarına sədaqətlə bağlı olacam" desə, o vaxt bu sözünə görə vaxtından əvvəl azad ola bilər. Yəni, Caitanya Mahāprabhunun bu öyrətdiklərini qəbul edərsək, maddə ilə əlaqəli olan varlığın həbsxanasından azad ola bilərik. jīvera svarūpa haya nitya kṛṣṇera dāsa (CC Madhya 20.108-109).