AZ/Prabhupada 0078 - Yalnız İmanla Eşidməyə Çalışın



Lecture on SB 1.2.16 -- Los Angeles, August 19, 1972

Belə ki, śuśrūṣoḥ śraddadhānasya vāsudeva-kathā-ruciḥ. Əvvəlki qitədə aydınladılmış; yad anudhyāsinā yuktāḥ (SB 1.2.15). Hər kəs hər zaman fikirləşməlidir. Bu qılıncdır. Siz Krişna şüurunun bu qılıncını almalısınız. O vaxt xilas olursunuz. Bu qılıncla dügünlər kəsilir. Bəs... Bu qılıncı necə ala bilərsiniz? Bu proses burda aydınladılır. Siz yalnız imanla qulaq asmağa çalışın. O vaxt qılıncı ala bilərsiniz. Bu qədər. Əslində bizim bu Krişna şüuru hərakatı yayılır. Bir tək eşidməklə,  biz bir-birimizin arxasınca bu qılıncı alırıq. Mən bu hərakatı New Yorkda başlatdım. Hamınız bilirsiniz. Əslində mənim heç bir qılıncım yoxdu. Bə`zi dini prinsiplərdə olduğu kimi onlar bir əlinə ilahi kitabələri, o biri əlinə də qılıncı alırlar; "bu yazını qəbul edəcəksən yoxsa sənin başını kəsərəm". Bu da bir şey təbliğ etmənin başqa bir şəklidir. Əslində mənim də qılıncım vardı, amma o cür bir qılınc deyildi. Bu qılınc- insanlara eşidmək fürsəti verməkdir. Bu qədər. Vāsudeva-kathā-ruciḥ. Beləliklə, o bir ruci alan kimi ...Ruci. Ruci dad mə`nasındadır. "Ah, bax Krişnanın danışdıqları, cox gözəl. Qulaq asım." O dəqiqə siz qılıncı alırsınız. Qılınc sizin əlinizdədir. Vāsudeva-kathā-ruciḥ. Amma ruci kimə gəlir? Bu dad? Çünkü, bir necə dəfə dediyim kimi, dad, eyni konfet dadındadır. Hamı onun dadlı olduğunu bilir, amma onu sarılık xəstəliyi olana versəniz dadı ona acı gələcəkdir. Hamı konfetin şirin olduğunu bilir, amma sarılık xəstəliyindən əziyyət çəkən bir adam üçün o konfet acı dad verəcək. Bunu hamı bilir. Bu faktdır. Yə`ni ruci, vāsudeva-kathā, kṛṣṇa-kathā- eşidməyin dadını, maddə olaraq xəstə olan insan hiss etməz. Bu ruci, dad. Bu dadı almaq üçün qabaqcadan bə`zi fəliyyətlər etmək lazımdır. Bunlar nədir? Birinci növbədə qiymətləndirin: "Ah, nə qədər gözəldir." Ādau śraddhā, śraddadhāna. Belə ki, śraddhā- qiymətləndirmə, bu başlanğıcdır. Sonra sādhu-saṅga (CC Madhya 22.83). Sonra iştirak etmək: Yaxşı, bu insanlar mantra söyləyib, Kṛiṣṇadan danışırlar. Gedib oturum və biraz qulaq asım." Buna sādhu-saṅga deyilir. Sadiq olanlarla, onlarla bərabər olmaq. Bu ikincisi. Üçüncüsü bhajana-kriyādır. 

İnsan yaxşı adamlarla bərabər olduqca o vaxt " Mən niyə burda şagird olmayım?" deyə hiss etməyə başlayar. Beləcə də bizə müraciət gəlir, "Prabhupāda, xahiş edirəm məni şagirdliyə qəbul edin". Bu bhajana-kriyānın başlanğıcıdır. Bhajana-kriyā Tanrının xidmətiylə məşğul olmaq deməkdir. Bu üçüncü mərhələdir..