AZ/Prabhupada 0081 - Günəş Planetində Bədənlər Oddandır



Lecture on BG 2.13 -- New York, March 11, 1966

Belə ki, burda "dhīra" deyilir, "dhīra".

dehino 'smin yathā dehe
kaumāraṁ yauvanaṁ jarā
tathā dehāntara-prāptir
dhīras tatra na muhyati
(BG 2.13)

Dehinaḥ. Dehinaḥ -"bu maddi bədəni qəbul etmiş kəs" mə'nasındadır. Asmin. Asmin "bu dünyada" və ya "bu həyatda" mə'nasındadır. Yathā-"kimi." Dehe. Dehe, "bu bədənin içində" demekdir. Çünki dehinaḥ "bu maddi bədəni qəbul etmiş kəs" deməkdir və dehe "bu bədənin içində." Belə ki, mən bu bədənin içində otururam. Ancaq mən bu bədən deyiləm. Eyni, sən bu köynək və pencəyin içində olduğun kimi, mən də bu bədənin içindəyəm, bu kobud və incə bədənin içində. Bu kobud bədən torpaq, su, hava və efirdən meydana gəlmişdir- bu kobud bədən - bunlar hamısı bizim maddi bədənimizdir. İndi, bu yer üzündə, bu planetdə torpaq vacibdir. Hər yerdə, bədən, maddi bədən beş elementdən əmələ gəlmişdir: torpaq, su, od, hava və efir. Bu beş maddə. Eyni bu bina kimi. Bütün bu bina torpaq, su və odla tikilmişdir. Bir az torpaq almısan, sonra kərpiç kəsib sonra da oda vermisən və torpağı suyla qarışdırandan sonra kərpiç formasını verirsən sonra da oda verirsən və lazım olan qədər bərkiyəndən sonra onu böyük binadakı kimi düzürsən. Belə ki, bu yalnız, torpaq, su və odun görnüşüdür. Vəssəlam. Bunun kimi də bizim bədənimiz torpaq, su, od, hava və efirdən ibarətdir. Hava... Hava nəfəslə keşir. Bilirsən. Hava həmişə var. Bizi çöldən bürüyən bu dəri torpaqdır və mə'dədə də istilik vardır. İstilik olmasa heç bir şeyi həzm edə bilmərsən. Başa düşürsən? Bu istilik azaldığı vaxt həzm etmə pisləşir. Bunun kimi cox şey. Bu tənzimləmədir. İndi, bu planetdə biz, tərkibinin cox hissəsi torpaqdan ibarət olan bir bədənə sahibik. Bunun kimi, başqa planetlərdə də su daha coxluq təşkil edir, bə'zi yerlərdə də od birinci plandadır. Günəş planetindəki bədənlər...Orda da canlı varlıqlar var, amma onların bədənləri alovdandır. Onlar odda mövcud ola bilərlər. Bunun kimi, Varunaloka, Venera -bütün bu planetlərdə müxtəlif cür bədənlər yaşayırlar. Bunun kimi burda rast gəldiyimiz kimi suyun içində yaşayan canlılar-onlar fərqli cür bədənə sahibdirlər. Uzun illərdir ki, suda yaşayan heyvanlar var və orda rahatdırlar. Amma onlardan biri sudan cıxan kimi ölürlər. Bunun kimi səndə quruda rahatsan amma suyun altında qalsan ölərsən. Çünki, sənin bədənin, bədən forman fərqlidir, onun bədəni, bədən forması fərqli, kuşun bədəni...Quş, ağır quş uça bilir, amma o Tanrının yaratdığı uça bilən bir varlıqdır, amma insanın yaratdığı vasitə xarab olur . Başa düşürsən? Çünki sü'nidir. Yə`ni belədir. Hər canlı varlıq özünəməxsus bədənə malikdir.İndi bu Dehino 'smin yathā dehe (BG 2.13). Bəs o bədənin təbiəti nədir? İndi burda məsələ izah olunur; biz bədənimizi necə dəyişdiririk. Necə?... Amma, çünkü bu bizim üçün çətin bir problemdir, çünki, biz ozumuzu o qədər unudmuşuq ki, bədənimizi ruh səviyəsində gorürük. İndi birincisi, ruhi biliyin A-B-C-si bunu başa salmaq üçündür ki; "Mən bu bədən deyiləm". Hər kəs ciddi əmin olmasa ki;"Mən bu bədən deyiləm", ruhi yolda irəliləyə bilməz. Bhagavad-gītānın birinci dərsi bu istiqamətdədir. Bax burda, dehino 'smin. Dehī - ruhdur. Ruh, dehī -ruh deməkdir. Bu bədəni, bu maddi bədəni qəbul edən varlığa "dehi" deyilir. "Asmin", o burdadır. O burdadır, amma onun bədəni dəyişir.