AZ/Prabhupada 0094 - Bizim İşimiz Krişnanın Sözlərini Təkrar Etməkdir



Lecture on BG 1.20 -- London, July 17, 1973

Kafirlərin Tanrı haqqında mə`lumatı olmaz və Tanrını anlaya bilməz. Biz bu qitəni cox təkrar etdik;
yeṣāṁ tv anta-gataṁ pāpaṁ
janānāṁ puṇya-karmaṇām
te dvandva-moha-nirmuktā
bhajante māṁ dṛḍha-vratāḥ
(BG 7.28)

Pāpīs, günahkar adamlar, onlar başa düşməzlər. Onların tək anladıqları, fikirləşdikləri budur; "Kṛiṣṇa Bhagavāndır; elə isə mən də Bhagavānam. O normal bir insan, bəlkə biraz güclü, tarixdə cox məşhur bir adamdır. Yə'ni ən nəhayətdə bir adamdır. O vaxt mən də bir adamam. Niyə mən Tanrı olmayım. Abhaktaların-sadiq olmayanların və günahkar adamların gəldiyi nöqtə budur. Ona görə özünə Tanrı deyən şəxsin, ən günahkar şəxs olduğunu o dəqiqə başa düşməlisiniz və onun şəxsi həyatını araşdırsanız, onun bir nömrəli günahkar olduğunu görərsiniz. Yolu budur. Əks halda, heç kim özünün Tanrı olduğu fikrini, bu səhv fikri dilinə gətirməz. Heç kim. Mömin olan heç kim. O bilir ki, "Mən nəyəm ki? Mən adi bir insanam. Tanrının yerində olmağı necə fikirləşə bilərəm?" Onlar axmaqların arasında məşhur olurlar.

Śrīmad-Bhāgavatamda deyildiyi kimi; śva-viḍ-varāhoṣṭra kharaiḥ (SB 2.3.19). O qitə nədir? Uṣṭra-kharaiḥ, saṁstutaḥ puruṣaḥ paśuḥ. Onlar...bu dünyada cox böyük insanlar olduğunu görürük, guya ki, böyük insandılar və onlar bir cox insan tərəfindən qiymətləndirilirlər. Ona görə Bhagavata deyir ki; "Sadiq olmayan, Hare Krişna mantrasını heç oxumayan biri, yalnız alçaqların fikrinə görə böyük adam ola bilər, amma onun bir heyvandan fərqi yoxdur. Heyvan. Yə`ni, śva-viḍ-varāha-uṣṭra-kharaiḥ. " Elə isə siz ona necə böyük bir adam deyə bilərsiniz? Sən deyirsən bu heyvandır." Bizim işimiz cox nankor bir vəzifədir. Biz deyirik ki, sadiq olmayan axmaqdır. Biz ümumiyyətlə deyirik. Bu yaxşı soz deyil, amma biz bunu istifadə edirik. Biz onun Krişnanın sadiqi olmadığını görən kimi, "axmaqdır" deyirik. Bunu necə deyirik? O mənim düşmənim deyil, amma bunu deməyə məcburam çünki, bu Krişna tərəfindən ifadə edilmişdir. Əgər biz doğurdan da Krişna şüurunda isək, o vaxt bizim işimiz Krişnanın sözlərini təkrar etməkdir. Vəssəlam. Krişnanın təmsilçisiylə, təmsilçisi olmayan arasındaki fərq nədir? Krişnanın təmsilçisi yalnız Krişnanın dediklərini təkrar edəcəkdir. Bu qədər. O vaxt təmsilçi olur. Bu çox xüsusiyyət tələb etmir. Siz yalnız güclü bir inamla təkrar edin. Krişnanın dediyi kimi: sarva-dharmān parityajya mām ekaṁ śaraṇaṁ vraja (BG 18.66).

Yə`nı "Əgər Krişnaya təslim olursam, bütün işlərim müvəffəqiyyətli olacaqdır"- bu faktı qəbul edən Krişnanın təmsilçisidir. Bu qədər. Cox yüksək səviyyədə təhsil almış ya da irəli səviyyədə olmanıza ehtiyac yoxdur. Sadə bir şəkildə, yalnız Krişnanın dediklərin qəbul etsəniz... Eyni Arcunanın dediyi kimi; sarvam etaṁ ṛtam manye yad vadasi keśava: (BG 10.14) "Mənim əziz Kṛiṣṇam, Keśava, heç bir dəyişdirmə olmadan sənin dediyin hər şeyi qəbul edirəm." Bu bhaktadır. Buna görə Arcunaya "bhaktosi" deyə müraciət edilir. Bhaktanın işi budur. Niyə mən Krişnanın mənim kimi adi bir insan olduğunu fikirləşməliyəm? Bu bir bhakta ilə bhakta olmayan arasındaki fərqdir. Bir bhakta bunu bilir; "Mən əhəmiyyətsizəm, Krişnanın kiçik bir qığılcımıyam. Krişna da fərdi şəxsdir, məndə fərdi şəxsəm. Amma Onun gücü ilə mənim gücüm müqayisə edilirsə, mən əhəmiyyətsizəm." Krişnanı başa düşmək budur. Bunda bir çətinlik yoxdur. Sadəcə insan səmimi olmalıdır, günahkar deyil. Sadəcə insan səmimi olmalıdır, günahkar deyil. Amma günahkar bir şəxs onu anlaya bilməz. Günahkar adam deyəcək ki, "Oh, Krişna da bir insandır. Mən də bir insanam. Mən niyə Tanrı deyiləm? Yalnız Tanrı odur? Xeyir. Mən də eləyəm. Mən Tanrıyam. Sən Tanrısan, sən Tanısan, hamı Tanrıdır". Eyni Vivekanandanın dediyi kimi, "Niyə Tanrını axtarırsan? Küçədə gəzən bu qədər Tanrını görmürsən?" Bax görürsən. Onun Tanrını anlaması budur və o böyük bir adam oldu: "Ooh, o hamını Tanrı olaraq görür".

Bu axmaqlıq, alçaqlıq bütün dünyada yayılıb. İnsan bilmir ki, Tanrı nədir, Tanrının gücü nədir, Tanrı nə deməkdir. Bir axmağı Tanrı olaraq qəbul edirlər. Bu gün də olduğu kimi də bu davam edir. Başqa bir axmaq gəlir. O da özünü Tanrı hesab edir. Yə`ni bu cox adi bir hala gəldi. Amma onların bunu fikirləşəcək qədər beyinləri yoxdur. "Mən Tanrı olduğumu deyirəm, amma mənim nə gücüm var?" Yə`ni sirr budur. Sirr də budur. Sadiq olmasan Tanrını anlamağın sirrini öyrənmək mümkün deyil və Kṛiṣṇa Bhagavad-gītāda insanın onu necə tanıya biləcəyini demişdir. Bhaktyā mām abhijānāti yāvān yaś cāsmi tattvataḥ (BG 18.55). Yalnız sadiqliklə, sadəcə. O belə də deyə bilərdi; "Yüksək, ən yüksək biliklə" ya da "yoqayla məşğul olaraq" ya da ki, "böyük bir karmi, fəhlə olaraq məni anlaya bilər". Xeyir. Heç bir vaxt elə demədi, əsla bunu demədi. Beləki, karmilər, jnanilər, yoqlar, onlar alçadırlar. Onlar Krişnanı başa düşməzlər. Hamısı alçaqdırlar. Karmilər üçüncü səviyyəli alçaq, jñānīlər ikinci səviyyəli alçaq və yoqlar da birinci səviyyəli alçaqlardır. Vəssəlam.