AZ/Prabhupada 0097 - Mən Yalnız Poçtalyonam- Əmir Quluyam



His Divine Grace Srila Bhaktisiddhanta Sarasvati Gosvami Prabhupada's Appearance Day, Lecture -- Los Angeles, February 7, 1969

Əgər biz bu hərakatı irəlilədmək üçün möhkəm bir şəkildə səy göstərsək, o vaxt bizim heç davamçılarımız olmasa da, Krişna məmnun olacaqdır. Bizim işimiz Krişnanı məmnun etməkdir. Bu bhaktidir. Hṛṣīkena hṛṣīkeśa-sevanaṁ bhaktir. ucyate (CC Madhya 19.170). Bhakti- bir şəxsin bütün hislərini məmnuniyyət üçün sərf etməsi deməkdir. Maddi həyat, şəxsin öz hislərinin məmnuniyyəti deməkdir; "Bundan xoşum gəlir. Bunu sevirəm. Bir şey etmək istəyirəm ya da mantra oxumaq istəyirəm və yaxud da yemək istəyirəm, ya da bir şeyə toxunmaq istəyirəm, ya da bir şeyin dadına baxmaq istəyirəm. Bunlar bu mə'naya gəlir. Maddi həyat budur. "Yumuşaq bir dəriyə toxunmaq istəyirəm. Belə necə deyilir, yaxşı bir yeməyin dadına baxmaq istəyirəm. Bunun kimi iy istəyirəm. Bunun kimi gəzmək istəyirəm." Eyni şey- gəzmək, dad almaq, toxunmaq ya da hər hansı bir şey- hamısı Krişna üçün işlədilməlidir. Vəssəlam. Əgər, başqa bir şeyə toxunmaq yerinə, bir sadiqin nilufər ayaqlarına toxunursaq, bunun xeyiri olacaq. Boş-boş yeməklərin yerinə, əgər biz Krişna prasadam yesək, yaxşı olacaq. Başqa bir şey yerinə, Krişnaya təklif olunan çiçəkləri iyləsək...Yə'ni heç bir şey dayandırılmır. Əgər cinsəl həyat istəyirsinizsə, onu Krişna şüurunda olan uşaqlar böyüdmək üçün istifadə edə bilərsiniz. Heç bir şey dayandırılmır. Yalnız təmizlənir. Bu qədər. Bütün proqram budur. Belə şey olmaz "Bunu dayandır". Dayandırmaq mümkün deyil. Necə dayandıra bilərik ki? Misal üçün-mən bir insamnam. Əgər biri mənə "Sən yemək yemə" deyərsə, bu mümkündür? Mən yeməyə məcburam. Ona görə də dayandırmaq deyə bir şey olmaz. Məsələ təmizlənməkdir. Yəni... və başqa bir fəlsəfə də, demək istədiyim, zorla bəyənməmək, içini boşaldırlar, belə deyirlər, "bütün istədiklərindən əl çək", Bu fikri müdafiyə edirlər. Mən necə arzusuz ola bilərəm? Arzu olmalıdır. Amma mən Krişna üçün arzulamalıyam. Bu cox yaxşı bir prosesdir. Başqaları buna cox ciddi baxmasalar da, bizim fəlsəfəmizə gəlməsələr də, əgər bununla məşğul olsanız- sizin işiniz budur, Krişna məmnun olacaqdır. Açaryalarımız məmnun olacaqdır, Guru Maharajlarımız məmnun olacaq və yasya prasadad bhagavat... Başqalarının məmnun olub olmadığı vacib deyil. Sizin mantra oxumağınızdan bə`ziləri məmnundur- xeyir, bu bizi maraqlandırmır. O məmnun ola da bilər olmaya da bilər. Amma doğru zikr edərsəm, o vaxt sələflərim, açaryalarım məmnun olacaqlar. Mənim işim budur, qurtardı- əgər öz başıma yeni bir şey icad etmirsəm. Belə ki, Krişnanın, mənə kömək etmələri üçün bu qədər çox yaxşı oğlan və qız uşaqları göndərdiyi üçün cox xoşbəxtəm. Bu xeyirli gündə mübarək olun və mənim heç bir şeyim yoxdur. Mən yalnız poçtu gətirənəm. Mən Guru Maharacımdan eşitdiyimi sizə çatdırıram. Siz də sadə bir şəkildə belə edin. Xoşbəxt olacaqsınız və dünya da xoşbəxt olacaq və Krişna da xoşbəxt olacaq və hər kəs də...