AZ/Prabhupada 1068 - Təbiətin Fərqli Hallarına Görə Üç Cür Faliyyəti Var



660219-20 - Lecture BG Introduction - New York

Tanrı purnam ya da tamamilə mükəmməl olduğu üçün, Onun maddi dünyanın qanunlarına tabe olmaq ehtimalı yoxdur. Buna görə də ağıllı insan bilməlidir ki, Tanrıdan başqa heç kim kainatda heç bir şeyin sahibi deyil. Bu Bhagavad-Gitada açıklanır.

ahaṁ sarvasya prabhavo
mattaḥ sarvaṁ pravartate
iti matvā bhajante māṁ
budhā bhāva-samanvitāḥ
(BG 10.8)

Tanrı orjinal yaradandır. O Brahmanı yaratmışdır, O yaradandır...Bu da açıqlanıb. O Brahmanın yaradıcısıdır. 11.Bölümde Tanrıya prapitāmaha (BG 11.39) olaraq xitab edilir, çünki Brahmāya pitāmaha- baba olaraq xitab edilir, amma O babanın da yaradıcısıdır. Belə ki, heç kim bir şeyin sahibi olduğunu iddia etməyəcək, amma o, Tanrı tərəfindən yaşaması üçün payı olaraq ayrılmış şeyləri qəbul etməlidir. Bizim Tanrının verdiklərini necə istifadə etməmizə aid bir cox nümunə var. Bu da Bhagavad-Gitada açıqlanır. Əvvəlcə Arcuna qərar verdi ki, savaşmayacaq. Bu onun öz qərarı idi. Arcuna Tanrıya dedi ki, o öz qohumlarını öldürdükdən sonra krallığa sahib olmaq ona zevq verməz. Bu onun bədən kosepsiyası fikridən irəli gəlirdi. Çünki, o bədəninin özü olduğunu fikirləşirdi, qan qohumları, qardaşları, qaradaşı uşaqları, qayınatası yada babası, onlar da öz bədənlərinin dəvamıdır və bədəninin istəklərini razı salmaq haqqında düşünürdü. Bütün bunlar Tanrı tərəfindən bu onun bu düşüncəsini dəyişdirmək üçün danışıldı və o da Tanrının istədiyi kimi etməyə qərar verdi və o karişye vacanaṁ tava (BG 18.73), dedi. Buna görə də insan bu dünyaya it və pişik kimi dalaşmağa gəlməyib. Onlar insan həyatının əhəmiyyətini başa düşməlidirlər və heyvan kimi davranmaqdan imtina etməlidirlər. O... İnsan, insan həyatının məqsədini başa düşməlidir. Bu tə'limat bütün Veda ədəbəyyatlarinda verilmişdir və Bhagavad-Gitada da mahiyyəti verilmişdir. Veda ədəbiyyatı insanlar üçündür it və pişiklər üçün deyil. İt və pişiklər heyvanları yemək üçün öldürə bilər və bu onlar üçün heç bir günah təşkil etməz. Amma əgər bir insan kontrol edəmədiyi damaq ləzzəti üçün bir heyvanı öldürürsə, təbiətin qanununu pozduğu üçün bundan məsuliyyət daşıyır. Bhagavad-Gitada təbiətin fərqli hallarına görə üç cür fəaliyyət olduğu açıqlanır: xeyirxaqlıq halının faliyyətləri, ehtiras halının fəaliyyətləri, cəhalət halının fəaliyyətləri. Eyni şəkildə yeyilə bilən üç cür yemək vardır: xeyirxaqlıq halındakı yeməklər, ehtiras halındakı yeməklər, cəhalət halındakı yeməklər. Hamısı açık izah edilir və Bhagavad-Gitanın tə'limatlarından doğru şəkildə faydalansaq, o vaxt bütün yaşayışımız təmizlənəcəkdir və nəhayət biz hədəfimizə nail olacağıq. Yad gatvā na nivartante tad dhāma paramaṁ mama (BG 15.6). Bhagavad-Gitada bildirilir ki, bu maddi göyüzünün arxasında, sanatana səma deyilən başqa bir ruhi göyüzü var. Bu göyüzündə, bu örtülü göyüzündə hərşeyin müvəqqəti olduğunu görürük. Özünü göstərir, bir müddət qalır, bizə bir az məhsul verir və sonrada kiçilir və yox olur. Maddi dünyanın qanunu budur. Ya bədənimizi götürün, ya bir meyvəni ya da hər hansı bir şeyi, ən sonunda yox olub gedir. Yə'ni bu müvəqqəti dünyanın arxasında ona aid mə'lumat olan başqa bir dünya var, paras tasmāt tu bhāvaḥ anyaḥ (BG 8.20). Əbədi olan sanatana, əbədi olan başqa bir dünya var və civa, cīva sanātana kimi təsvir edilir. Mamaivāṁśo jīva-bhūtaḥ jīva-loke sanātanaḥ (BG 15.7) Sanātana, əbədi deməkdir. 11.Bölümdə Tanrı da Sanatana olaraq təsvir edilir. Tanrı ilə səmimi əlaqəmiz olduğuna görə və xüsusiyyətcə hamımız bir olduğumuzdan...Sanātana-dhama, sanatana Ali Şəxs və sanatana canlı varlıqlar xüsusiyyətcə eynidirlər ...Bu səbəblə Bhagavad-Gitanın hədəfi, sanatana olan işimizi yada sanatana -dharma yaxud canlı varlığın əbədi vəzifəsi deyilən sanatananı canlandırmaqdır. Biz bu dəqiqə müvəqqəti olaraq fərqli fəaliyyətlərlə məşquluq və bütün bu fəaliyyətlər təmizlənir. Bu müvəqqəti fəaliyyətləri buraxdığımızda, sarva-dharmān parityajya (BG 18.66), və bizim Tanrı tərəfindən arzulanan fəaliyyətlərə başladığımızdan sonraki həyatımıza saf həyatımız deyilir.