AZ/Prabhupada 1074 - Bu Maddi Dünyada Yaşadığımız Bütün Əziyyətlər Bu Maddi Bədənə Görədir



660219-20 - Lecture BG Introduction - New York

Eyni zamanda Bhagavad-Gitanın başqa bir yerində belə deyilir;

avyakto 'kṣara ity uktas
tam āhuḥ paramāṁ gatim
yaṁ prāpya na nivartante
tad dhāma paramaṁ mama
(BG 8.21)

"Avyakta"- təzahür etməmiş deməkdir. Maddi dünyanın bir bölümü belə təzahür etməmişdir. Duyqularımızda o qədər qüsur var ki, kainatda neçə ulduz, neçə planet olduğunu görə bilmirik. Əlbətdə Veda əsərlərinin vasitəsilə bu planetlərə aid mə'lumatlar alırıq. Biz inansaq da inanmasaq da Veda əsərlərində, xüsusiylə də Śrīmad-Bhāgavatamda əlaqəmiz olan bütün planetlər açıqlanır. Lakin bu maddi səmanın arxasında olan ruhi səma, paras tasmat tu bhāvo 'nyo (BG 8.20), amma o avyakta, o təzahür etməmiş ruhi səma "paramam gatim "dir, yə'ni insan o ali səltənətə çatmağı istəməlidir, arzulamalıdır. Bir dəfə o ali səltənətə çatanda yaṁ prāpya, o krallığa yaxınlaşan və ya çatan biri na nivartante, bu maddi dünyaya qatıtmağa məcbur deyil. Tanrının əbədi məskəni olan o yer, həmişə qalmaq istəyəcəyimiz yer, ora bizimdir...(ara). Belə bir sual ola bilər ; Hansı yolla Tanrının ali məskəninə çata bilərik.? Bhagavad-Gitada bu da göstərilir. 8 hissənin 5, 6, 7, 8. -də Ali Tanrıya da və ya Onun məskəninə də çatmağın yolları verilir, belə deyilir:

anta-kāle ca mām eva
smaran muktvā kalevaram
yaḥ prayāti sa mad-bhāvaṁ
yāti nāsty atra saṁśayaḥ
(BG 8.5)

Anta-kale, ömrünün sonunda, ölüm zamanında. Anta-kāle ca mām eva. Krişnayı fikirləşən adam, smaran, əgər xatırlaya bilərsə, ölən bir adam Krişnanın formasını xatırlayarsa və bu şəkildə bədənini tərk edərsə, o vaxt ruhi krallığa gedəcəkdir, mad-bhāvam. Bhavam ruhi təbiət deməkdir. Yaḥ prayāti sa mad-bhāvaṁ yāti. Mad-bhāvam eyni təbiət kimi ya da Ali Varlığın transendental təbiəti kimi deməkdir. Yuxarıda dediyimiz kimi Ali Tanrı, sac-cıd- ānanda-vigraha (BS 5.1)-dır. Onun forması vardır amma Onun forması əbədidir, sat; və bilik doludur, cit; və xöşbəxtlik doludur, ananda. İndi biz öz bədənimizin sac-cid-ananda olub olmadığına baxmalıyıq. Xeyir. Bu beden asat. Sat olmaq yerinə asat. Antavanta ime dehā (BG 2.18) Bhagad-Gıta deyir ki, bu bədən antavat, tez xarab olandır, və...Sac cid ananda ..Sat olmaq yerinə asatdır, yəni tam tərsi və cit, bilik dolu olacağına cəhalət doludur. Bizim, nə ruhi səltənət haqqında nə də bu maddi dünya haqqında yetərincə bilgimiz yoxdur. Biz bir cox şeyi bilmirik, bu səbəblə də bu bədənimiz cahildir. Biliklə dolu olmaq yerinə cahildir. Bədən cox tez xarab olur, cəhalət dolu və nirananda. Xöşbəxtliklə dolu olmaq yerinə əziyyətlə doludur. Bu maddi dünyada çəkdiyimiz bütün əziyyətlər bu maddi bədənimizə görədir.