AZ/Prabhupada 1079 - Bhagavat Gita Hər Bir Şəxsin Diqqətlə Oxuması Vacib Olan Bir Əsərdir



660219-20 - Lecture BG Introduction - New York

Bhagavad-Gitanı ya da Śrīmad-Bhāgavatamı özünü dərk etmiş birindən eşidmək, insanı iyirmi dörd saat Ali varlığı fikirləşmə kömək edəcək, bu da ən sonda anta-kāle- Ali Tanrını xatırlamağa gətirib çıxarır və beləcə bu bədəni tərk etdikdədə, ruhi bir bədənə sahib olacaq, həm də bu bədən Tanrının yanında olmağa uyğun bir bədən olacak. Buna görə də Tanrı deyir ki,

abhyāsa-yoga-yuktena
cetasā nānya-gāminā
paramaṁ puruṣaṁ divyaṁ
yāti pārthānucintayan
(BG 8.8)

Anuncitayan, daim yalnız Onu fikirləşmək. Bu çox çətin bir şey deyil. İnsanın bunu, bu yoldaki təcrübəsi olan birindən öyrənməsi lazımdır. Tad vijñānārthaṁ sa gurum evābhigacchet (MU 1.2.12). İnsan bu işi bilən birinin yanında olmalıdır. Yə'ni abhyāsa-yoga-yuktena. Bu abhyāsa-yoga adlanır, praktika etmək. Abhyasa...Ali Tanrının necə daim xatırlamaq. Cetasā nānya-gāminā. Ağıl, ağlımız davamlı ora bura qaçır. Elə isə insan her zaman ağlını Ali Tanrı Şri Krişnanın formasına ya da səsə, ən asandı da onun adlarına diqqətini cəlb etməlidir. Ağlımızı toplamaq yerinə - ağlım cox narahat, ora bura qaçır, amma qulağımı Krişna ses vibrasiyasına cəlb edə bilərəm və bunun mənə köməyi olacaqdır. Bu da abhyāsa-yogadır. Cetasā nānya-gāminā paramaṁ puruṣaṁ divyaṁ. Paramaṁ puruṣa, insan ruhi krallıqdakı, ruhi səmadaki Tanrı Ali Şəxsi daim fikirləşərək ona çata bilər, anucintayan. Bunların hamısından -bu prosesdən, yollardan və vasitələrdən Bhagavad-Gitada danışılır və orada heç kim üçün mane yoxdur. Bu yalnız bə'zi xüsusi sinif insanlar üçün deyil. Hər kəsin Krişnanı fikirləşməsi, Krişnanı eşidməsi mümkündür və Tanrı Bhagavad-gītāda deyir ki;

māṁ hi pārtha vyapāśritya
ye 'pi syuḥ pāpa-yonayaḥ
striyo vaiśyās tathā śūdrās
te 'pi yānti parāṁ gatim
(BG 9.32)
kiṁ punar brāhmaṇāḥ puṇyā
bhaktā rājarṣayas tathā
anityam asukhaṁ lokam
imaṁ prāpya bhajasva mām
(BG 9.33)

Tanrı deyir ki, həyatın ən aşağı səviyyəsində olan, ən aşağı vəziyyətdəki insan da və ya aşağı səviyyəli bir qadın, ya da ticarətçi bir adam... Fəhlə sinifindən bir adam ...ticarətçi, fəhlə sinifi və ya qadınlar eyni kateqoriyada sayılır cünkü, ağılları cox inkişaf etməmişdir. Amma Tanrı onlardan aşağı olanların da māṁ hi pārtha vyapāśritya ye 'pi syuḥ (BG 9.32), sadəcə onlar ya da onlardan da aşağı olanlar deyil hər kəsi söyləyər. Kim olduğu vacib deyil, bhakti- yoqanın bu prinsipini qəbul edən və Tanrını həyatının ən mükəmməl, ən böyük hədəfi, həyatınının ən böyük məqsədi qəbul edən hər kəs...Māṁ hi pārtha vyapāśritya ye 'pi syuḥ, te 'pi yānti parāṁ gatim. Ruhi krallıqdakı, ruhi səmadaki o parāṁ gatimə hər kəs çata bilər. Sadəcə insan bu sistemi tətbiq etməlidir. Bhagavad-Gitada bu sistem cox gözəl aydınladılır və insan bunu mənimsəyərək həyatını mükəmməlləşdirə bilər və həyatında bunu birdəfəlik həll edə bilər. Bhagavad-Gitanın bütün xülasəsi budur. Buna görə Bhagavad-Gita insanın cox diqqətlə oxuması gərəkən transendental bir ədəbiyyatdır. Gita-sastram ida pu ya ya pa het prayata puman. Nəticədə əgər şəxs tə'limatları doğru şəkildə yerinə yetirsə, o vaxt həyatın bütün əziyyətlərindən və şübhələrindən xilas olacaqdır. Bhaya-śokādi-varjitaḥ (Gītā-māhātmya 1). Bu həyatdaki bütün yaşadığı qorxulardan azad olub, növbəti həyatında da ruhi bir həyat əldə edəcəkdir.

gītādhyāyana-śīlasya
prāṇāyama-parasya ca
naiva santi hi pāpāni
pūrva-janma-kṛtāni ca
(Gītā-māhātmya 2)

Yə'ni, başqa bir üstünlük də var ki, əgər bir şəxs Bhagavad-Gitanı səmimiyyələ və ciddiyətlə oxuyarsa, o zaman Tanrının mərhəmətiylə gecmiş günahlarının tə'sirindən azad olacaqdır.