AZ/Prabhupada 0058 - Ruhi Bədən Əbədi Həyat Deməkdir



Lecture on BG 2.14 -- Mexico, February 14, 1975

Əslində ruhi bədən əbədi səadət və bilgi həyatı deməkdir. Sahib olduğumuz bu maddi bədən nə əbədidir, nə səadət doludur və nə də bilgi doludur. Hamımız bilirik ki, bu cəhalət dolu maddi bədən axıra çatacaq. Bu divarın arxasında nə olduğunu deyə bilmirik. Duyğularımız var amma hamısı məhdud və qüsurludur. Bə'zən görə bildiyimiz üçün qürurlanırıq və loğvalanırıq, "Mənə Tanrını göstərə bilirmisiniz." Amma unuduruq ki, işıklar söndüyü vaxt görə bilmirik. Demək ki, bədənimiz mükəmməl deyil və cəhalətlə doludur. Ruhi bədən, bilgi dolu deməkdir, tam tərsinə. Bir sonraki həyatda o bədənə sahib ola bilərik və o cür bədənə çatmaq üçün irəliləməliyik. Bir sonraki bədənimizi daha yüksək planet sistemində almaq üçün çalışa bilərik, ya da bir sonraki bədənimizi it və pişik olaraq da hazırlaya bilərik ya da əbədi, səadət dolu ağıllı bir bədən üçün də çalışa bilərik. Buna görə ağıllı adam bir sonraki həyatının səadət, bilgi və əbədi olmasına çalışacaqdır. Bu Bhagavad-Gitada aydınladılır. Yad gatvā na nivartante tad dhāma paramaṁ mama (BG 15.6). O yer, o planet ya da göyün üzünə-hara gedirsinizsə gedin bu material dünyaya geri qayıdacaqsınız. Material dünyada, ən yüksək planet olan Brahmalokaya getsəniz də yenə geri gəlmək məcburiyyətində olacaqsınız və əgər ruhi dünyaya, Tanrının yanına getmək üçün çalışırsanız, bu maddi bədəni almaq üçün geri gəlmək məcburiyyətində olmayacaqsınız.