AZ/Prabhupada 0059 - Əsil İşinizi Unudmayın



Lecture on BG 2.14 -- Mexico, February 14, 1975

O vaxt belə soruşa bilərlər " Əgər mən əbədiyəmsə, dünyada niyə belə səfil şərait var və niyə ölməyə məcburam?" Əslində bu ağıllı bir sualdır, "Əgər mən əbədiyəmsə niyə bəs ölüm, doğum, yaşlılıq və xəstəliyə tabe olan bu bədənin içində qalmaq məcburiyyətindəyəm" Buna görə də Krişna bu səfil şərtlərin bu maddi bədənə görə meydana gəldiyini öyrədir. Duyğularını məmnun etməklə məşğul olanlara -karmilər- deyilir. Karmilər gələcək ilə maraqlanmırlar. Onlar o dəqiqə öz işlərinə yarayan həyat şərtlərini istəyirlər. Valideynlərinin maraqlanmadığı bir uşaq kimi, o bütün gün oyun oynayır və gələcək ilə maraqlanmaz, təhsil almaz. Amma doğurdan da ağlımlz varsa, insan formasındaykən çalışmalıyıq ki, artıq bu ölüm, doğum, yaşlılıq və xəstəlik olmayan bədənə ya da həyata qovuşa bilək. Beləliklə, Krişna şüuru hərakatı, insanları bu məqsədə öyrədməlidir. İndi biri deyə bilər ki, "Əgər mən Krişna şüurunda sadiq olsam mənim ehtiyacım olan şeyləri kim verəcək?" Bunun cavabı Bhagavad-Gitada var, kim Krişna şüurundadırsa onun ehtiyacları ilə Krişna məşğul olacaq. Krişna hər kəsin qayğısına qalır. Eko yo bahūnāṁ vidadhāti kāmān: "O Ali Şəxs bütün canlıların ehtiyaclarını qarşılayır." Demək ki, evinə-Tanrının yanına qayıqmaq üçün çalışan bir sadiq üçün qıtlıq olmaz. Buna əmin olun. Kṛiṣṇa Bhagavad-gītāda deyir ki, teṣāṁ satata-yuktānāṁ yoga-kṣemaṁ vahāmy aham: (BG 10.10) " Mənim xidmətimlə məşğul olan sadiqin ehtiyaclarının necə qarşılanacağına mən baxaram." Bunun bir misalı- Krişna şüuru hərakatında yüzlərcə mərkəz var və hər məbəddə iki yüz əlliyə yaxın sadiq yaşayır. Bizim heç bir sabit qazancımız yoxdur və hər mərkəz də ayda səksən min dollar pul xərcləyir. Krişnanın mərhəməti ilə heç qıtlıq olmur, hər şey tapılır. Bə`zən insanlar çaşırlar " bu insanlar işləmirlər, heç bir peşələri yoxdur, bir tək Hare Krişna mantrasını oxuyaraq necə yaşayırlar?" Bu problem deyil. Əgər itlər və pişiklər Tanrının mərhəməti ilə yaşayırlarsa, sadiqlər daha yaxşı şəraitdə yaşayarlar.am Amma əgər biri belə düşünsə " Krişna şüuruna gəldim amma cox şeydən əziyyət çəkirəm". Hamımız üçün belədir: mātrā-sparśās tu kaunteya śītoṣṇa-sukha-duḥkha-dāḥ: (BG 2.14) "Bu əziyyətlər və zevqlər yay və kış kimidir." Kışda su əziyyət amma yayda zevq verir. O vaxt su nədir? Əziyyət mi verən yoxsa zevq mi? Ne əziyyət verir nə də zevq, amma bəzi mövsümlərdə dərimizə toxunduğunuzda acı verici ya da zevq verici kimi görünür. Burda belə acılar və zevqlər açıqlanır. " Qazandığımız və xərclərimiz; daimi deyil" - Āgama apāyinaḥ anityāḥ. Gəlirlər və gedərlər; demək ki, daimi deyillər. Kṛiṣṇa bunu tövsiyə edər, tāṁs titikṣasva bhārata: "Bunlara yalnız dözün" Amma unudmayın ki, əsl işiniz Kṛiṣṇa şüurudur. Maddi acı və zevqləri əhəmiyyətsiz sayın.