AZ/Prabhupada 1061 - Bu mövzu Bhagavat-Gitada 5 fərqli doğrunu əhatə edir



660219-20 - Lecture BG Introduction - New York

Beləliklə, Tanrı Krişna, ya da hi dharmasya glanir bhavati (BG 4.7), O həyatın gerçək məqsədi üçün yer üzünə gəlir. İnsan həyatın əsl məqsədini unudduğu vaxt, insanın həyat formasının vəzifəsinə- buna dharmasya glanih,- insanın davranışlarının verdiyi narahatlıq deyilir. Yə'ni o şərtlərdə, bir çox insandan oyanan, halını başa düşə bilən, ruhunu oyandıran şəxs üçün Bhagavad-Gita danışılmışdır. Biz bilgisizliyin dişi pələngi tərəfindən udulmuş kimiyik və Tanrı canlı varliqlara qarşı səbəbsiz mərhəmətli davranıb, şəxsən də insanlar üçün, Arcunayı özünə şagird etdi və Bhagavat-Gitanı danışdı. Arcuna əlbəttə... Tanrı Krişna ilə birlikdə olduğuna görə bütün cəhaləti arxada qalmışdı. Amma məhz həyatın problemlərini Uca Tanrıdan soruşsun deyə Kurukşetra döyüş sahəsində cəhalət içinə qoymuşdu, bu insanların gələcək nəsillərinin xeyri üçündü. İnsan həyatının planını çəkib və onların bu yolla hərəkət etmələri üçündü. Tanrı onları aydınlada bilsin və beləcə onların yaşayışı- insan həyatının missyası mükəmməl olsun. Yə'ni Bhagavad-Gitanın mövzusu beş fərqli həqiqəti aydınladmaqdır. Birinci həqiqət: Tanrı nədir. Bu Tanrı elminin girişidir. Yə'ni Tanrı elmi burada açıqlanır. Bir sonraki, canlı varlıqların struktur mövqeyidir- civa. İşvara ve civa. Tanrı-Uca Tanrıya İşvara deyilir. İşvara kontrol edən deməkdir və civa, canlı varlıqlar... civalar, canlı varlıqlar, onlar İşvara ya da kontrol edən deyillər. Onlar kontrol edilənlərdir. Sü'ni bir şəkildə desəm ki,"Mən kontrol edilmirəm, mən azadam" - bu ağlı başında olan bir adamın əlaməti değil. Canlı varlığa hər tərəfdən nəzarət edilir. Beləliklə, Bhagavad Gitada mövzu İşvara- Uca nəzarətçi və nəzarət edilən canlı varlıqlar haqqıda və prakrti- təbiət, maddi təbiətə haqqında anlayışdır. Sonra, zaman və ya bütün kainatın yaranma zamanı ya da maddi təbiətin bu təzahürü və zaman müddəti və ya əbədi zaman. Karma. Karma fəaliyyət deməkdir. Herşey- bütün kainat, bütün kosmik təzahür fərqli fəaləyyətlərlə doludur. Özəlliklə də canlı varlıqlar, onların hamısı fərqli fəaliyyətlərlə məşquldurlar. O halda Bhagavad-Gitadan öyrənmək məcburiyyətindəyik ki, İşvara-Tanrı nədir, civa- bu canlı varlıqlar nələrdir və prakrti- bu kosmik təzahür nədir, zaman tərəfindən necə kantrol edilir, bu fəaliyyətlər nələrdir.

Bhagavad-Gitada müəyyən olunan bu beş ana mövzudan Uca Şəxsin ya da Krişnanın, Brahmanın ya da Paramatmanın...Necə istəyirsiz elə adlandırın. Amma Uca bir nəzarətçi var. Yə'ni, Uca nəzarətçi  bütün hər şeyin ən böyüyüdür. Canlı varlıqlar  keyfiyyətcə Uca nəzarətçiyə oxşayır. Eyni Uca nəzarətçi kimi- Tanrı kimi, onun kainat iıleri üzərində, maddi təbiət üzərində hakimiyyəti vardir, necə...Bhagavad-Gitanın irəlidəki bölmələrində maddi təbiətin müstəqil olmadığı açıqlanacaq. O Uca Tanrının istiqamətləndirdiyi şəkildə hərəkət edər. Mayādhyakṣeṇa prakṛtiḥ sūyate sa-carācaram (BG 9.10). "Bu maddi təbiət mənim istiqamətləndirdiyim şəkildə hərəkət edər" mayadhyaksena, "Mənim nəzarətim altında."